Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Goranboyda marketdə qətl törədən şəxslər saxlanıldı

Goranboy rayonunda marketə hücum edərək qətl törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

Bu barədə Mynews.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. 

Məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 4-də Goranboy rayonunun Dəliməmmədli şəhərində rayon sakinləri Zülfiqar Cəbrayılovu qətlə yetirməkdə, Zeynalabdin Həsənov, Fəxrəddin Məmmədov, Anar Hətami və Nicat Əliyevə kəsilmiş-deşilmiş xəsarətlər yetirməkdə şübhəli bilinən Saləddin Quliyev və qrupun digər üzvü - Daşkəsən rayon sakini Rəvan İsmayılov saxlanılaraq istintaqa təhvil veriliblər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...