Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İranlı ana və qızı Bakıdan Londona saxta sənədlə uçmaq istəyiblər - FOTO

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları tərəfindən saxtalaşdırılmış sənədlərlə dövlət sərhədini keçməyə cəhd göstərən şəxslərin aşkarlanması istiqamətində fəaliyyət davam etdirilir.

Mynews.az bildirir ki, DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, bu il yanvarın 4-də həyata keçirilmiş tədbirlər nəticəsində sərhədçilər tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportunda saxtalaşdırılmış Böyük Britaniya vətəndaşlarına məxsus pasportlarla Bakı-London reysi ilə Böyük Britaniyaya getmək istəyən 30.06.1978-ci il təvəllüdlü Cimen Aysegül və övladı, 22.12.2009-cu il təvəllüdlü Cimen Zeynebsu davranışları şübhə doğurduğundan saxlanılıblar.

Aparılmış araşdırmalar nəticəsində həmin şəxslərin 01.01.2018-ci il tarixdə İstanbul-Bakı reysi ilə Azərbayacana gəlmiş İran vətəndaşları - 06.12.1979-cu il təvəllüdlü Muhəmmədi Zeynəb Kiomərz qızı və övladı 21.03.2009-cu il təvəllüdlü Pərvəreş Pəniz Əli qızı olması müəyyənləşdirilib.

Qeyd olunan şəxslərin saxta pasportları İstanbul şəhərində tanışları, Məhəmməd adlı İran vətəndaşından 15 000 ABŞ dolları məbləğində pulun müqabilində əldə etdikləri məlum olub. 

Hazırda fakt üzrə cinayət işi başlanıb və müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...