“Bravo” marketdə müştərini “tok” vurdu
Müştərilər də bu barədə dəfələrlə şikayət ediblər”
"Bravo” marketdə "Yeni Müsavat” qəzetinin reportyoru İlkin Muradovu elektrik cərəyanı vurub.
Bu barədə jurnalist özü bildirib. O, marketə jurnalist deyil, müştəri qismində getdiyini bildirib. Hadisə dünən, yanvarın 8-də Əhmədli qəsəbəsindəki "Bravo” marketdə baş verib: "Əlimi soyuducu vitrinə atanda "tok” vurdu. Əvvəlcə ciddiyə almadım. Növbəti dəfə başqa vitrinə əl atanda yenə məni "tok” vurdu. Anam da yanımda idi. Anama deyəndə o da dedi ki, artıq 2-3 dəfə də əlini vitrinlərə vuranda onu da "tok” vurub. Anam deyir ki, bala bizə nə olub? Bu hal dəfələrlə təkrarlandı. Sonda kassaya yaxınlaşdıq. Kassada əyləşən qardaşa və paketçiyə bunu dedim. Onlar da təsdiqlədilər ki, son bir neçə gündür belə hallar baş verir. Onları da "tok” vurub. Müştərilər də bu barədə dəfələrlə şikayət ediblər”.
Qeyd edək ki, "Bravo” marketin yerində əvvəl "radio zavod” olub.
Bu hal elektrik sistemində açıq naqil olduqda mümkündür. Hətta adi elektrik lampasının qoşulduğu naqilin içərisindəki çoxsaylı tellərdən birinin üstü açıq olduqda cərəyan yayıla bilir. Belə ki, adətən tavana alçıpan vurulur. Alçıpan isə aluminium panellərlə quraşdırılır. Naqilin bir teli həmin panelə toxunarsa avtomatik olaraq içəridə olan bütün dəmir əşyalara cərəyan keçir. Hətta orada olan krantı açıb əlini yumaq istədikdə də adamı elektrik cərəyanı vura bilər. Düzdür, adətən cərəyan güclü olmur. Lakin təhlükəli durum qalır.
Foodinfo.az
Loading...
Hadisə
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
- Öldürülən bacı və övladının GÖRÜNTÜLƏRİ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 981 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 952 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 942 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 941 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 939 dəfə oxunub
loading...