"Onun ağlında ölüm olmayıb" - Metroda intihar edən gəncin işçisi
8 yanvar saat 22:10 radələrində "Ulduz" metrostansiyasında özünü qatarın altına ataraq intihar edən gənc barədə xəbər vermişdik.
1995-ci il təvəllüdlü Mustafazdə Rəşad Əlixan oğlu 2015-ci ildə Gəncə Humanitar Kollecini bitirib. Eyni zamanda, dizayner və turizmçi kimi çalışıb. "Glamour Centre MMC" adlı bölgələrə turlar təşkil edən şirkətinin rəhbəri olub.
Mynews.az xəbər verir ki, Rəşad barədə modern.az-a danışan "Glamour Centre MMC"in əməkdaşı Əli Hüseynov deyib ki, Rəşadın çox yaxşı insan olub.
"Biz onun işçiləri idik. Xeyirxah, yardımsevər, gəzməyə, öyrənməyə daha çox önəm verən bir insan olub. İmkanı o qədər də yaxşı deyildi. Normal həyat tərzi olan biriydi. Mən Rəşadı 2005-ci ildən tanıyıram və onda yaxşılıqdan başqa heç nə görməmişəm. Xarici ölkələrdə çox olub və 7-dən çox dil bilirdi. Rəşad dar günün dostu idi. Onun ağlında ölüm olmayıb, olubsa belə, biz qətiyyən hiss etməmişik. Axşam saat 19 radələrində mesajlaşmışıq. 22 radələrinə isə bu bəd xəbəri aldım. Rəşadın əsəbləri yerində deyildi.
Son zamanlar onun haqqında danışılan pis xəbərlərin hamısı yalandır. O, sadəcə, çox ölkə gəzmiş çox savadlı və sırf müasir biri idi. Hər bayram heç olmasa 5 nəfərin qapısını açıb sevindirirdi. O, yaxşılıqdan, yardımdan başqa heç nə bilmirdi. Rəşad haqqında nə qədər danışsam azdır"
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 925 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 906 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 597 dəfə oxunub