Polis marixuana alverçilərini qandalladı
Azərbaycanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 12-də ümumilikdə 5,5 kiloqramdan çox müxtəlif növ narkotik vasitə götürülərək dövriyyədən çıxarılıb.
Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbə əməkdaşlarının Samux rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qarayeri qəsəbə sakinləri Rəşad Abdullayev və Mircəfər Muradov 1 kiloqram 220 qram marixuananı satarkən saxlanılıblar. Əməliyyat tədbirlərinin davamı olaraq M.Muradovun yaşadığı evə də baxış keçirilib və oradan daha 2 kiloqram 820 qram marixuana da aşkar edilərək götürülüb.
Ağdaş şəhər sakini Seymur Şirəliyev 2,24 qram marixuananı satarkən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən əlavə 1,45 qram, yaşadığı evə baxış zamanı isə 475 qram maxuana aşkar edilərək götürülüb.
Həyata keçirilən əməliyyat tədbirləri ilə Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elçin Mansumovdan 410 qram marixuana, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Malik Abbasəliyevdən 46,818 qram tiryək və 450 qram marixuana götürüblər.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.
Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Hadisə
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
- Öldürülən bacı və övladının GÖRÜNTÜLƏRİ
- Bakıda öldürülən qadın məktəb direktoru imiş
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 972 dəfə oxunub
- Emin Ağalarov söz verdi 972 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 970 dəfə oxunub