Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda insan alveri - 8 cinayətkar qrup zərərsizləşdirilib

İnsan alverinin və bu cinayətin qurbanlarının müəyyən edilməsi üzrə Milli Fəaliyyət Planı əsasında 2017-ci ildə görülən işlər çərçivəsində 142 insan alveri və 6 məcburi əmək cinayəti müəyyən edilib, 17 nəfərdən ibarət 8 cinayətkar qrup zərərsizləşdirilib. 

Daxili İşlər Nazirliyindən Mynews.az-a verilən məlumata görə, bunu Daxil İşlər naziri, general-polkovnik Ramil Usubov nazirlikdə keçirilən Kollegiya iclasında bildirib. 

Nazir qeyd edib ki, qurbanların müdafiəsi, hüquqlarının bərpası və sosial reabilitasiyası üzrə fəaliyyət çərçivəsində 71 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...