Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

DİN Bərdə rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi Bərdə rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Mynews.az-a verilən məlumata görə, yanvarın 15-də saat 8 radələrində Bərdə rayonunun Güloğlular kəndində rayon sakini Xəyyam Novruzovun evində yanğın baş verib.

Yanğın söndürüldükdən sonra X.Novruzovun nəvəsi, 5 yaşlı Rüqayənin yanmış meyiti tapılıb, xəstəxanaya yerləşdirilmiş gəlini Zümrüd Novruzova isə orada ölüb.

Araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...