Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sumqayıtda piyadanı maşın vurdu

Sumqayıtda piyada vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Xeberle.com-a verilən məlumata görə,  qəza Sumqayıtın ikinci giriş hissəsində baş verib. Belə ki, Sumqayıt şəhər 9-cu mikrorayon sakini, 1970-ci il təvəllüdlü Ramil Fəxrəddin oğlu Rəhimov Saray körpüsü adlanan yerdə yolu keçmək istəyərkən, qarşı tərəfdən gələn naməlum avtomobil tərəfindən vurulub. Ağır yol nəqliyyat hadisəsi zamanı R.Rəhimov ağır kəllə beyin travması alıb. Yaralı Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən R.Rəhimovun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...