Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda qəbiristanlıqda silah tapıldı - FOTO

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

Penitensiar xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Mynews.az-a verilən məlumata görə, xidmətin Baş idarəsinin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının Nizami rayon polis idarəsinin 24-cü polis bölməsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən qəbiristanlıqda xüsusi üsulla torpağa basdırılaraq gizlədilmiş bir ədəd dolu sandıqça ilə birgə “TT” markalı tapança aşkar edilərək götürülüb.

Fakt üzrə Nizami rayon polis idarəsinin 24-cü polis bölməsi tərəfindən araşdırma aparılır.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...