Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda oğurluq anı kameraya düşdü - VİDEO

Bakıda mağazadan oğurluq olub.

Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Səbail rayonu ''Bayıl'' qəsəbəsi ərazisindəki qadın geyimi mağazalarından birində baş verib. Mağazaya daxil olan gənc oğlan orta yaşlı qadınla güya paltarlara baxır.

Oğlan satıcının başının qarışdığını görüb vitirində olan bahalı kürkü yanındakı orta yaşlı qadına verir. Qadın da həmin kürkü öz paltosunun altında gizlədir. Daha sonra onlar mağazanı tərk edirlər. Hadisə anı mağazanın müşahidə kameralarına düşüb. Zərərçəkmiş mağaza sahibinin sözlərinə görə, ona təxminən 1500 manat zərər dəyib.

O, həmin görüntüləri polisə də təqdim edib. Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...