Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Müəllimi qaçıran direktorun qardaşı oğlu imiş - TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi, Bərdə rayonunun Hacıalılı kənd orta məktəbinin riyaziyyat müəllimi Bərdə sakini Zeynalov Tural İlham oğlu tərəfindən qaçırılıb. 

Qaçırılma hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Mynews.az bildirir ki, Oxu.Az-a etibarlı mənbədən daxil olan məlumata görə, 23 yaşında olan müəllimin adı Gülçindir. O, məlumat verildiyi kimi, nişanlı olmayıb. Müəllimi qaçıran T.Zeynalov isə eyni məktəbdə tədrislə məşğul olan digər müəllimin oğlu və məktəb direktoru Səyyarə Zeynalovanın qardaşı oğludur.

T.Zeynalov müəllimi məktəbdən evə gedərkən qaçırıb. Qızın valideynləri isə oğlanın ailəsi ilə görüşərək bu işə razılıq veriblər.

Qeyd edək ki, qaçırılan qız Goranboy rayon sakinidir, Hacıalılı məktəbinə Təhsil Nazirliyinin göndərişi ilə işləməyə gəlib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...