Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Keçmiş Keçmiş məhkumdan silah və narkotik götürülübməhkumdan silah və narkotik götürülüb

Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Sərxan Mustafayevin yaşadığı evə baxış keçirilib.

Daxili İşlər Nazirliyindən Mynews.az verilən məlumata görə, baxış zamanı oradan 1 ədəd pnevmatik tapança, 1 ədəd lüləsi kəsilmiş “İJ-27” markalı tüfəng, 1 ədəd “Tir” tüfəngi və 5 ədəd patron, həmçinin külli miqdarda - çəkisi 945 qram olan tiryək də aşkar edilərək götürülüb.

Saxlanılan şəxs maddi sübutlarla birgə istintaqa təhvil verilib.

İstintaq və əməliyyat-axtarış tədbirləri aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...