Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Atasının imtina etdiyi qızı dayısı dəfələrlə zorladı - Bakıda şok hadisə

Bakıda 14 yaşlı qız dayısı tərəfindən dəfələrlə zorlanıb.

Bunu AzNews.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə deyib. Onun sözlərinə görə, 14 yaşlı qız dekabr ayında sığınacağa gətirilib:

“Dekabr ayında bizə valideyinləri tərəfindən imtina edilmiş 14 yaşlı qız gətirilib. Biz də bununla bağlı Binəqədi rayon 4-cü polis bölməsinə müraciət ünvanladıq. Onun burada olduğu müddətdə müəyən olundu ki, qız dəfələrlə dayısı tərəfindən zorlanıb. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verdik və dərhal təhqiqat qrupu işə başladı. Haqq öz yerini tapacaq”.

Kamalə Ağazadə qeyd edib ki, hazırda həmin qız sığınacaqdadır:

“Həmin qızın qəyyumluğa verilməsi ilə bağlı Binəqədi rayon icra hakimiyyətinə müraciət etmişik. Qızın atası və anası var. Hazırda anası xarici ölkədə yaşayır, atası isə Bakıdadır. Məhkəmənin qərarı ilə qız anasında qalıb. Amma, son anda qız atası ilə qalmağa qərar verib. Bundan bir müddət sonra isə ata qızından imtina edib. Qız deyir ki, analığı tərəfindən təzyiqlərə məruz qalıb. Bu səbəbdən də atası qızından imtina edib”.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...