Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda cadugərin başına sellofan keçirib boğan qatili...

Bakıda qadını qətlə yetirən şəxs Qazax rayonunda tutulub.

Mynews.az 
report.az-a istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunun Hövsan qəsəbəsində Anjelika Morozovanın başına torba keçirərək onu boğub qətlə yetirən Qazax rayon sakini Namiq Vəkilov saxlanılıb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, 54 yaşlı qadının meyiti fevralın 27-də tapılmışdı. 54 yaşlı Anjelika Morozovaya zəng edən yaxınları onun cavab vermədiyini görəndə polisə müraciət ediblər. Evə baxış keçirilən zaman Anjelika Morozovanın başına sellofan torba keçirilmiş vəziyyətdə meyiti tapılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...