Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Gəncədə polis güllələndi - Cinayətkar gizlənir

Gəncə şəhərində polis güllələnib.

Mynews.az Missiya.Az-a istinadən xəbər verir ki, hadisə ötən gecə saat 01:00 radələrində şəhərin Yeni Gəncə qəsəbəsində baş verib. 

Əldə etdiyimiz məlumata görə, Gəncədə çevik polis alayının əməkdaşı hələlik kimliyi məlum olmayan şəxs tərəfindən güllənib. Hadisə zamanı polis əməkdaşı ağır yaralanıb. Polis əməkdaşı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Məlumata görə, Gəncədə polis gücləndirilmiş iş rejimində işləyir. Polisi yaralayan şəxsin saxlanılması üçün şəhərin giriş-çıxışlarında yoxlanışlar aparılır. Hələlik hadisənin təfərrüatı məlum deyil.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...