Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Gəncədə gecə klubunda dava düşdü - Yaralılar var

Gəncə şəhərində yerləşən gecə klubunda kütləvi dava düşüb.

Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib. 

“X-Club” adlanan məkanda baş verən kütləvi davada üç nəfər - Şəmkir rayon sakinləri, 1996-cı il təvəllüdlü Rzazadə Orxan Vahid oğlu, 1993-cü il təvəllüdlü Rüstəmov Orxan Namiq oğlu və 1994-cu il təvəllüdlü Məmmmədov Orxan Elman oğlu bıçaqlanıblar. 

Onlardan O.Məmmədovun vəziyyəti kafi, digərlərinin isə ağırdır. Məlumata görə, əlbəyaxa dava zamanı daha bir neçə nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...