Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Maştağada gənc özünü tövlədə asdı

Ötən gün Sabunçu rayonunun 14-cü polis bölməsinin əməkdaşları tərəfindən Maştağa qəsəbəsində növbəti intihar hadisəsi qeydə alınıb.

Mynews.az bildirir ki, bu barədə Sabunçu rayon Prokurorluğundan məlumat verilib.

1994-cü il təvəllüdlü Əliyev Əmrah Əfqan oğlu evin həyətyanı sahəsində yerləşən tövlədə həyatına son qoyub.

Gəncin kəndirlə özünü asdığı bildirilir. Əliyeviin meyitini ailə üzvləri 17:00-da aşkarlayıb.

Məlumata görə, Əliyev psixiki pozuntulardan əziyyət çəkib və bununla əlaqədar özünü asdığı güman edilir.

Hal-hazırda rayon prokurorluğu intiharın səbəblərini müəyyənləşdirməyə çalışır.

Qeyd edək ki, Maştağa qəsəbəsində müntəzəm olaraq intihar hadisələri qeydə alınır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...