Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda 2 yaşlı uşaq yanaraq öldü

Bakının Binəqədi rayonunda taxtadan tikilmiş, ümumi sahəsi 117 m2 olan birmərtəbəli tikili və içərisində olan əşyalar, həmçinin ümumi sahəsi 33 m2 olan bitişik tikili yanıb.

Mynews.az FHN-nin saytına istinadən xəbərinə görə, yanğın zamanı 1 nəfər yanıq xəsarətləri alıb.

Yanğının kəşfiyyatı zamanı 2016-cı il təvəllüdlü Əliyeva Ayan Lətif qızının yanmış meyiti aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...