Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda torpağa basdırılmış odlu silah tapıldı - FOTO

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin əməkdaşları Bakıda gizlədilən odlu silah aşkarlayıb.

Mynews.az bildirir ki,  bu barədə Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Penitensiar xidmətinin Baş idarəsinin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhəri Sabunçu rayonu Pirşağı şossesi 2-ci Sovxoz ərazisində yerləşən yanğınsöndürmə məntəqəsi ilə üzbəüz şam ağacının altında xüsusi üsul ilə torpağa basdırılaraq gizlədilmiş 1 ədəd Rusiya istehsalı olan odlu silah – tüfəng aşkar edilərək götürülüb.

Fakt üzrə Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsi tərəfindən araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...