Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Uşağın qida borusundan sancaq çıxarıldı - Bakıda ağır əməliyyat - VİDEO

Sumqayıtda 8 aylıq uşaq sancaq udub.

Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə bir neçə gün əvvəl Sumqayıt şəhərində baş verib. Uşağın narahatlığını görən valideynləri körpəni Bakıya gətirərək müayinə etdiriblər. Bu zaman onun qida borusunda sancaq olduğu müəyyənləşib.
Həkim Habil Hüseynov körpəyə narkoz verərək onun mədəsindəki sancağı çıxarıb. Həkim deyir ki, sancaq açıq olduğu üçün hər an daxili orqanlara zərər verə bilərdi.
Həkimlər mədəyə düşən sancağı uğurlu əməliyyatla çıxarıblar. Valideynlərin sözlərinə görə, sancaq uşağın papağına vurulub. Ehtimal olunur ki, körpə sancağı papağından çıxardarar udub.
Həkimlər tövsiyə edir ki, körpə uşaqları üzərində dəmir əşyalar və cisimlər olan oyuncaq və paltarlardan uzaq tutsunlar.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...