Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda avtomobil 8 yaşlı uşağı vurub

Bakının Suraxanı rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Mynews.az-ın xəbərinə görə, hadisə Hövsan qəsəbəsində baş verib.

8 yaşlı Xasməmmədov Rafiq yolu keçərkən onu minik avtomobili vurub. Yaralı təcili yardım vasitəsilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...