Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

23 yaşlı oğlan özünü asdı - Qusarda

Qusar rayonunda 23 yaşlı oğlan özünü asaraq intihar edib.

Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Kalunxur kəndinin ərazisində baş verib. 
Belə ki, həmin kəndin sakini, 1994-cü il təvəllüdlü Nadir Adıgözəlov özünü yaşadığı evin tavanından asaraq intihar edib.

Hadisə yerinə Qusar Rayon Polis Şöbəsinin və Qusar Rayon Prokurorluğunun əməkdaşları baxış keçiriblər. 

 

Faktla bağlı Qusar Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...