Bakıda silahlı şəxslər saxlanılıblar - FOTO
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirilib.
Bu barədə Mynews.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əvvəllər məhkum olunmuş, Bakı şəhər sakini Natiq Ələkbərovun üzərində qanunsuz olaraq odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs saxlanılıb. Onun üzərinə baxış keçirilən zamanı “Revolver” tipli tapança və həmin silaha məxsus beş ədəd patron aşkar olunaraq götürülüb.
Baş İdarə əməkdaşları tərəfindən qanunsuz olaraq üzərində odlu silah gəzdirən şəxsin saxlanılması istiqamətində daha bir uğurlu əməliyyat həyata keçirilib.
Əməliyyat-axtarış tədbiri nəticəsində Sumqayıt şəhər sakini Yalçın Takuzadə Binəqədi rayonu Sulutəpə qəsəbəsində saxlanılıb. Onun üzərinə baxış zamanı “Makarov” markalı tapança və bir ədəd patron aşkar olunaraq götürülüb.
Hər iki faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də, əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 952 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 924 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 915 dəfə oxunub