Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Moskvada azərbaycanlı qadın ayağından güllələndi

Rusiyanın paytaxtı Moskvanın mənzillərindən birində cinayət hadisəsi baş verib. 46 yaşlı, Azərbaycanda doğulmuş qadın səhər saatlarında mənzildən çıxan qəribə səslərə oyanıb.

Mynews.az Oxu.Az -a istinadən xəbər verir ki, səslərdən təşvişə düşən qadın evdə yad bir kişinin olduğunu görüb.

Həmin şəxs cibindən tapança çıxararaq, Sivantil B.-nin ayağına bir neçə dəfə atəş açaraq, hadisə yerindən qaçıb. Qadın güllə yaraları ilə xəstəxanaya çatdırılıb.

Qadın hüquq-mühafizə orqanlarına verdiyi açıqlamada axşam mənzilin qapısını bağlamağı unutduğunu bildirib.

Hazırda cinayətkarın kimliyinin müəyyən edilməsi istiqamətində işlər aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...