Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tovuzda 70 yaşlı kişi tennis oynayanda keçinib

Tovuz rayonunda 70 yaşlı kişi stolüstü tennis oynayan zaman dünyasını dəyişib.

Mynews.az Report.az-a istinadən bildirir ki, yerli sakin Müzəffər Abdullayev oyun zamanı özünü pis hiss etdiyini bildirib və o, dərhal xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq həvəskar tennisçinin həyatını xilas etmək mümkün olmayıb. Onun ölümünə ürək tutması səbəb olub. M.Abdullayevin həftənin 4 günü adıçəkilən idman növü ilə məşğul olduğu bildirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...