Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Keşlədə silahlı şəxs saxlanılıb - FOTOLAR

Polis əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a bildirilib ki, Nizami Rayon Polis İdarəsi 23-cü Polis bölməsinə Keşlə qəsəbəsində Vüqar adlı şəxsin üzərində qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə məlumat daxil olub. Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs - Bərdə rayon sakini Vüqar Kazımov saxlanılıb. Onun üzərinə baxış keçirilən zamanı sandıqçasında 4 ədəd patron olan “Makarov” markalı tapança aşkar olunaraq götürülüb.

Qeyd edək ki, V.Kazımov əvvəllər də üzərində qanunsuz olaraq odlu silah saxladığına görə məhkum olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Bölmədə toplanan material araşdırılması üçün Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı araşdırmalardan sonra məlum olacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...