Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Erməni əsgərinin ölümü ilə əlaqədar cinayət işi açılıb

Erməni əsgəri Qurgen Sarkisyanın ölümü ilə əlaqədar onun hərbçi xidmət yoldaşı kiçik serjanta qarşı ittiham irəli sürülüb.

Mynews.az Milli.az-a istinadən xəbər verir ki, əsgər Qurgen Sarkisyan 2 ay əvvəl - yanvarın 16-da öz hərbçi yoldaşı, kiçik serjant tərəfindən güllələnərək başından yara alıb, martın 1-də isə saat 14:10 radələrində Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi kliniki hospitalında ölüb.

Ermənistan mediasının yazdığına görə, istintaq zamanı hərbi qulluqçunun yaralanması şəraiti müəyyən edilib. Əldə olunmuş sübutlar əsasında kiçik serjanta Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi açılıb, barəsində həbs qətimkan tədbiri görülüb. Lakin qətli törətməkdə ittiham edilən kiçik serjantın kimliyi açıqlanmır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...