Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bir gündə 39 nəfər saxlanılıb

Fevralın 2-də respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 97 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyindən Mynews.az-a verilən məlumata görə, baş verən cinayətlərin 27-si "isti izlər"lə açılıb. Axtarışda olduğuna görə 21 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...