Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Göyçayda DƏHŞƏTLİ CİNAYƏT - Şagird müəllimini bıçaqladı

Göyçay rayonunda orta məktəbdə bıçaqlanma hadisəsi olub.

Göyçay şəhər 7 saylı tam orta məktəbdə hərbi hazırlıq müəllimi Elşən Süleymanov dərs vaxtı 9-cu sinif şagirdi N.B.-ni kobud davranışına görə danlayıb və onların arasında mübahisə yaranıb.

Əsəbləşərək yaşadığı evə gedən N.B. mətbəx bıçağını götürərək məktəbə qayıdıb. O, müəllimi Elşən Süleymanova yaxınlaşaraq qəflətən onu bıçaqlayıb. Yaxınlıqdakı müəllimlərin köməyi ilə bıçaq şagirdin əlindən alınıb. Hadisə zamanı Elşən Süleymanov qolundan bıçaq xəsarəti alıb. Ona tibbi yardım göstərilib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (apa)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...