Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Cəlilabad sakinindən külli miqdarda heroin götürülüb

Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilən əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlər nəticəsində narkotik satışında şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Mynews.az-a verilən məlumata görə, araşdırmalarla onun Cəlilabad rayon sakini Bəhruz Əbilov olduğu məlum olub. Baxış zamanı ondan çəkisi 1 kiloqram 200 qram heroin aşkar edilib.

Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...