Oğurluq edən şəxslər saxlanılıb
Şəmkirdə evlərdən oğurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Mynews.az-a verilən məlumata görə, Şəmkir rayonunun Aşağı Seyfəli kənd sakini Mirəzim Məmmədova məxsus evdən qapını sındırmaq yolu ilə 1 ədəd televizor və təmir-tikinti alətlərinin oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.
Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oğurluğu törətməkdə şübhəli bilinən kənd sakinləri Afiyəddin Quliyev, Nurlan Axundov və əvvəllər məhkum olunmuş İmdat İsayev saxlanılıblar.
Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların yanvarın 19-da birlikdə daha bir sakinin evindən qızıl və məişət əşyaları oğurlamaları, həmçinin İ.İsayevin A.Quliyevlə birgə ötən ilin avqust və sentyabr aylarında kənd sakinləri Emin Həsənova məxsus həyətyanı sahədən 3 baş inək və daha bir evdən 1200 manat, danışıq kartları və tütün məmulatı oğurlamaları da müəyyən edilib.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1143 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1131 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1131 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1129 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 1017 dəfə oxunub