Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Şəmkirdə iki avtomobil toqquşdu: - Yaralılar var

Şəmkirdə iki avtomobil toqquşub.

Mynews.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun 390-cı kilometrliyində, Şəmkirin Çinarlı kəndi ərazisində qeydə alınıb. Ricat Qafarovun idarə etdiyi "Toyota" markalı avtomobil Elçin Böyükkişiyevin idarə etdiyi "Volkswagen" markalı maşınla toqquşub.

Qəza nəticəsində hər iki avtomobilin sürücüsü və "Volkswagen"də olan sərnişin Əsgər Sadıqov yüngül xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...