Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan Texniki Universitetində tələbə dərs vaxtı ağır yaralandı

Azərbaycan Texniki Universitetində (AzTU) tələbə boyun nahiyəsindən kəsilmiş xəsarətlər alıb

Mynews.az Report.az-a istinadən xəbərinə görə, hadisə ötən gün dərs saatında baş verib.

Məlumata görə, 1999-cu il təvəllüdlü Əsədov Xalid Şücaət oğlu idman dərsi zamanı, universitetin idman zalında nəzarətsiz şəkildə dəmir alətlə məşq edib. Bu zaman tələbənin əlindəki küt dəmir alət onun boynuna dəyib. Tələbə boyunun ön səthinin əzilmiş və kəsilmiş xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...