Qarabağ qazisini öldürən sürücü saxlanıldı
Fevralın 5-də daxil olmuş məlumat əsasında Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 6-cı Polis Bölməsinin əməkdaşları yol kənarında ağır xəsarətlər almış kişi aşkar ediblər.
Bu barədə Mynews.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Dərhal həmin şəxsin Təcili Tibbi Yardım vasitəsilə xəstəxanaya çatdırılması təmin olunub.
Araşdırmalarla onun İsmayıllı rayon sakini, 44 yaşlı Mübariz Əhmədov olması müəyyən edilib. Aldığı xəsarətlər ağır olduğundan onun dindirilməsi mümkün olmayıb.
Həkimlərin səyinə baxmayaraq həmin şəxs fevralın 6-da dünyasını dəyişib.
Polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb və M.Əhmədovun həmin gün “Kamaz” markalı yük avtomobili ilə vurulması müəyyən edilib.
Baş Dövlət Yol Polisi İdarəsi və Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində piyadanın ölümü ilə nəticələnən yol qəzasını törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən sürücü - Gədəbəy rayon sakini Eldar Zalov saxlanılaraq istintaqa cəlb olunub.
Faktla bağlı cinayət işi başlanılıb.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 950 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 921 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 913 dəfə oxunub