Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı məşhur infarkt keçirdi - FOTO

Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin səhhətində problem yaranıb.

Mynews.az bildirir ki, apasport.az-a bu barədə təcrübəli mütəxəssisin ailə üzvləri məlumat veriblər.

Bildirilib ki, Hacıyev ürəyində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilib. İnfarkt keçirdiyi məlum olan 59 yaşlı mütəxəssis təcili əməliyyata alınıb. Onun ürəyinə stend qoyulacaq.

Qeyd edək ki, Böyükağa Hacıyev "Bakı" və "Neftçi" klublarında çalışıb və hər iki komanda ilə ölkə çempionluğu qazanıb. O, həmçinin "Neftçi"ni Azərbaycanda ilk dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəldib.

Azərbaycanlı məşhur infarkt keçirdi - FOTO

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...