Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rusiyada azərbaycanlılardan saxta spirtli içki müsadirə olundu

Rusiyanın Tver vilayətində Andreapol rayon Məhkəməsi 12 min şüşə saxta spirtli içkinin qanunsuz dövriyyəsinə görə iki azərbaycanlını şərti olaraq azadlıqdan məhrum edib.

Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, iyul 2016-yanvar 2017-ci il müddəti ərzində müttəhimlərdən biri Tver və Moskvada nişanlanmamış spirtli içki məhsulları alıb.

Onunla əlbir olan şəxs saxta spirtli içkiləri Andreopol rayonuna daşıyıb və onu yerli satış nöqtələrinə paylayıb.

Məhsulun ümumi dəyəri azı 2 milyon 200 min rubl (65 000 AZN) təşkil edib.

Əməliyyatçılar müxtəlif brendlərdə olan 12 min 976 şüşə spirtli içkini qanunsuz dövriyyədən  çıxarıb.

“Məhkəmə qərarına görə, müttəhimlər şərti olaraq 2, 3 və 2 il müddətinə azadlıqdan məhrum edilib”, – deyə prokurorluğun açıqlamasında bildirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...