Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda gənc qız iki qardaşın başına oyun açdı

Bakıda gənc qız varlanmağın asan yolunu tapıb. İki qardaşa yalnız vəd verən qız onlardan 25 min manat alıb.

Nərimanov Rayon Polis İdarəsindən Oxu.Az-a bildirilib ki, Ağdam rayon sakinləri 1987-ci il təvəllüdlü Fərid Muxtarov və 1990-cı l təvəllüdlü Şakir Muxtarov polisə şikayət ərizəsi ilə müraciət ediblər.

Dövlət işinə düzəlmək istəyən qardaşlar 2016-cı ilin sentyabrından 2017-ci ilin aprelinə qədər 1990-cı il təvəllüdlü Maya Mirzəyevaya 25 min manat veriblər.

Lakin Maya onları aldadıb və əlbəttə ki, pullarını qaytarmayıb.

Hazırda faktla bağlı araşdırma aparılır. İş üzrə hələlik heç kim saxlanılmayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...