Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda inanılmaz qəza - bu görüntü hər kəsi mat qoydu - VİDEO

Bakının Yeni Yasamal qəsəbəsində qəribə avtomobil qəzası baş verib. 

BAKU.WS-in məlumatına görə, "Kia" markalı maşın məhləarası yolda digər avtomobilin üzərinə düşüb. 

Hadisə şahidlərinin bildirdiyinə görə, sürətlə hərəkət edən avtomobil yoldan çıxaraq yolun kənarında dayanan avtomobilə və binaya çırpılıb. 

Qəzadan sonra maraqlı görüntü ortaya çıxıb. Sosial şəbəkələrdə xeyli insanın diqqətini çəkən video qısa zamanda minlərlə baxış toplayıb. 

Qəza zamanı xəsarət alanların olub olmadığı hələlik məlum deyil.

Qəzadan görüntüləri təqdim edirik:

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...