Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Magistral yolda avtobus "şousu" - Minik avtomobili 150 ilə çata bilmir - VİDEO

Magistral yolda sərnişin avtobusunun yüksək sürətlə hərəkət etdiyi qeydə alınıb.

Mynews.azxezerxeber-ə istinadən məlumat verir ki, bu barədə görüntünü avtobusun arxası ilə hərəkət edən sürücülərdən biri qeydə alaraq "Xəzər Xəbər"in votsap nömrəsinə göndərib.

Kadrlardan məlum olur ki, magistral yolda 150 km/saatla hərəkət edən minik avtomobili sərnişin avtobusuna çata bilmir. Çəkilişi aparan sürücünün şərhindən aydın olur ki, 90 VM 403 dövlət nömrə nişanlı sərnişin avtobusu 110 km/saatlıq yolda 150 km/saatdan da yüksək sürətlə hərəkət edir.

"150 ilə gedirəm, çata bilmirəm. Sərnişinləri belə aparırlar",-deyə sürücü qeyd edir.

Həmin görüntünü təqdim edirik:

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...