Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda naməlum şəxslər kişini bıçaqlayıb

Fevralın 11-də, gecə saatlarında Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisinə qanlı cinayət hadisəsi törədilib.

Mynews.az bildirir ki, Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, Bakı sakini, 1983-cü il təvəllüdlü Həsənov Emin Tofiq oğlu döş nahiyəsinin deşici bıçaq yaraları ilə Mərkəzi Klinik Xəstəxanaya çatdırılıb.

Cinayətin təfərrüatı hələlik məlum deyil, belə ki, zərərçəkən ağır vəziyyətdə olduğundan faktla bağlı polisə ifadə verə bilməyib. Heç kimin saxlanılmadığı bildirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...