Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakı metrosunda BƏDBƏXT HADİSƏ

Bakı metrosunda bədbəxt hadisə baş verib.

BiG.AZ xəbər verir ki, 1976-cı il təvəllüdlü Məmmədova Sevinc Rafiq qızı Həzi Aslanov-Dərnəgül istiqamətində 35 saylı marşrut üzrə hərəkət edən qatarın altına yıxılıb.

Hadisə İnşaatçılar stansiyasında saat 18:49 radələrində baş verib. Bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib:

"İntihar deyil. Yıxılıb. Xəsarət müşahidə edilmir. Qatarın hərəkətində 5 dəqiqə gecikmə olub. Xanım epilepsiya xəstəliyi olan xanımdır. Sudurğa tutub yıxılıb. Ciddi xəsarəti yoxdur. O, xəstəxanaya aparılıb".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...