Rusiyada 3 yaşlı azərbaycanlı qızın donmuş meyiti tapılıb - VİDEO
Bu gün səhər Moskvada dəhşətli faciə baş verib. Uşaq bağçasının tərbiyəçisi 3 yaşlı Zəhra Rzayevanın donmuş meyitini aşkarlayıb.
Mynews.az virtualaz.org-a istinadən xəbər verir ki, səhər saat 9-da tərbiyəçi qadın uşaqları gəzintiyə çıxarıb, lakin az sonra hamı geri qayıdıb. Təxminən 2 saat sonra tərbiyəçi anlayıb ki, uşaqlardan biri yerində deyil. O, dayə ilə birlikdə bağçanın ətrafını nəzərdən keçirən vaxt 3 yaşlı Zəhranın qarın üstündə donmuş meyitini tapıb.
Hadisə yerinə gəlmiş təcili yardım həkimləri uşağın öldüyünü bildiriblər.
Bu arada "360" telekanalı xəbər verir ki, Zəhranın atasının sözlərinə görə, bir neçə gün əvvəl qızının bədənində göyümtül izlər görüb. Azərbaycandan olan ailə uzun illərdir ki, Moskvada yaşayır. Ailədə Zəhradan başqa daha iki uşaq böyüyür.
"Moskovskiy komsomolets" hüquq-mühafizə orqanlarındakı mənbələrdən dəqiqləşdirib ki, Moskvadakı uşaq bağçasında müəmmalı şəraitdə ölən 3 yaşlı azərbaycanlı qızın donvurmadan ölməsi barədə ilkin ehtimal təsdiqini tapmır. Çünki uşağın bədənində onun soyuqdan donduğunu göstərən əlamətlər yoxdur. Habelə zorakılıq əlamətlərinə rast gəlinməyib.
Faktla bağlı Rusiya İstintaq Komitəsinin Moskva üzrə İdarəsində cinayət işi başlanıb.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 930 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 910 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 902 dəfə oxunub