Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda gənc oğlan metro kartına görə bıçaqlanıb

 Bakıda gənc oğlan metro kartına görə bıçaqlanıb.

Mynews.az Report.az-a istinadən veridyi xəbərinə görə, hadisə Yasamal rayonu ərazisində, metronun "İnşaatçılar" stansiyasının çıxışında baş verib. 

Belə ki, 1991-ci il təvəllüdlü Yusifov Ramin Ələddin oğlu metrodan çıxan zaman tanımadığı orta yaşlı kişi (hələlik adı məlum deyil) ona yaxınlaşaraq metro kartının olub-olmadığını soruşub. R.Yusifov yox cavabı verəndə naməlum şəxs onu bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşları gəlib. R.Yusifovun izahatı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...