Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Lənkəranda motosikletlə yük maşını toqquşdu - Xəsarət alan var

Lənkəranda yol-nəqliyyat hadisəsi olub.

Mynews.az APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Lənkəran rayonunun Şilavar kəndi ərazisindən keçən hissəsində baş verib.

Motosikletlə "Ford" markalı yük maşınının toqquşması nəticəsində motosikletin sürücüsü, 1980-ci il təvəllüdlü Rizvan Hüseynov xəsarət alıb. O, Lənkəran Rayon Mərkəzi  Xəstəxanasına çatdırılıb. R. Hüseynova ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...