Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda zəncirvari qəza: 2 nəfər öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mynews.az DİN-in saytına istinadən xəbər verir ki, fevralın 16-da saat 17.00 radələrində Nərimanov rayonunun H.Əliyev prospektində Bakı şəhər sakinləri Rəhim Manafovun idarə etdiyi "Opel", Eldəniz Məcidovun idarə etdiyi "Toyota", Samirə Əliyevanın idarə etdiyi "Volkswagen" və Namiq Kərimovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.

Nəticədə R.Manafovun sərnişinlərindən Bakı şəhər sakinləri Rasim Manafov və Oleq Sinkov hadisə yerində ölüb, sürücü və digər sərnişin xəstəxanaya yerləşdirilib.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...