Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qəbələdə istirahət mərkəzi yanaraq külə döndü - VİDEO

Qəbələdə yanğın olub.

Milli.Az ARB Şəki-yə istinadla xəbər verir ki, rayonunun Vəndam qəsəbəsində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 126 m² olan yeməkxananın yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

Yanğın zamanı iki məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb, istirahət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın əraziyə cəlb olunmuş yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğının baş vermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...