Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı aktyor vəfat etdi

Sumqayıt Dram Teatrının aktyoru, rejissor Şahmar Qəribli vəfat edib.

Mynews.az oxu.az-a istinadən xəbər verir ki, uzun müddətdir onun səhhətində problem olub. 

İndiyədək müxtəlif tamaşaların quruluşçu rejissoru olan, “Yük”, “Dolu”, “Fəryad” kimi filmlərdə müxtəlif xarakterli obrazları canlandıran Qəribli sonuncu dəfə “Bir xalanın sirri” filmində çəkilib.

Qeyd edək ki, Şahmar Qəribli 1952-ci ildə anadan olub. 1971-1975-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyoru” fakültəsində təhsil alıb.

1976-cı ildən başlayaraq fasilələrlə H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışıb. 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub.

Allah rəhmət eləsin!

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...