Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Canavarlar Çuxur Qəbələ kəndində hücum edib, tələfat var - VİDEO

Qəbələdə canavarlar şəxsi təsərrüfata hücum edib.

Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Qəbələ rayonunun Çuxur Qəbələ kəndində gecə saatlarında baş verib.
Əsgər Abdurrəhmanov gecə gələn səs -küyə ayılıb. Tövləyə baxanda qoyunların tələf olduğunu görüb. Canavarlar tövləyə soxularaq 42 baş xırdabuynuzludan 24-ü parçalayıb.

Yerli sakinləri deyir ki, kənddə belə hallar tez-tez baş verir.
Qəbələ rayon Baytarlıq İdarəsinin əməkdaşları hadisə yerinə gəliblər. 24 baş cəmdək basdırılıb. Qalan qoyunlara yardım göstərilib, ərazi dezinfeksiya olunub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...