Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Gürcüstanda azərbaycanlı həmvətənini güllələdi

Gürcüstanın Qurcaani rayonunda azərbaycanlı güllələnib. Cinayət  bazar günü fevralın 18-də törədilib. Cinayət qurbanı Qaraçöp inzibati-ərazi vahidinin Qazlar kənd sakini, fermer Əllədin İsmayılovdur.

Mynews.az  bildirir ki, bu barədə Oxu.Az-a Azərbaycanın Qaraçöp diasporu nümayəndələri məlumat verib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs də azərbaycanlıdır. Onun İsmayılovun qohumu olduğu bildirilir.

Cinayət əməlini törətdikdən sonra şübhəli şəxs sayılan Xoca Əliyev hadisə yerindən qaçıb.

Hazırda polis onun axtarışı ilə məşğuldur.

İlkin məlumatlara görə, qətl münaqişə zəminində törədilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...