Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Şirkət və mağazadan oğurluq edən şəxs saxlanılıb

Fevralın 18-nə keçən gecə Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti Zəng Mərkəzinə Nərimanov rayonu ərazisindəki bir şirkətdən və bir mağazadan oğurluq edilməsi barədə məlumatlar daxil olub.

DİN-in mətbuat xidmətindən Mynews.az-a verilən məlumata əsasən, dərhal aidiyyatı üzrə hadisə yerinə gələn Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla karqo şirkətindən və mağazadan 150 manat pul, “Wi-Fi” aparatı, yaddaş qurğusu, mobil telefon, ev telefonu və qiymət çap edən aparatın oğurlanması məlum olub.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Fuad Alıyev qısa zamanda müəyyən edilərək saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...